Azərbaycanlı aktyor evləndi - Video

azerbaycanli-aktyor-evlendi
Oxunma sayı: 5696

Aktyor Ülvi Həsəni subaylığın daşını atıb.

"Qafqazinfo"nun məlumatına görə, aktyor sevib-seçdiyi Esya adlı xanımla evlənib. 

Şəhər restoranlarından birində baş tutan məclisə şou-biznes nümayəndələri qatılıblar. 

Qeyd edək ki, Ü. Həsənli “Dəfnə ağacı”, “Laləli saray”, “Sən olmasaydın”, “Sən olmasaydın. Qisas” və digər seriallarda rol alıb.