Azərbaycanlı aktyor İran filmində

azerbaycanli-aktyor-iran-filminde
Oxunma sayı: 722

Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru, tamaşaçıların “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasından baş rolun ifaçısı kimi yaxşı tanınan Əmrah Dadaşov İrandafilmə çəkilmək üçün dəvət olunub. 

"Qafqazinfo" xəbər verir ki, İranın “Günəşfilm” Studiyasında istehsal olunacaq şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammmetrajlı bədii filmində Ə. Dadaşov baş rolu – Aydın obrazını canlandıracaq. Filmin quruluşçu rejissoru və ssenari müəllifi İranın tanınmış sənətşilərindən biri olan Ali Abdalidir.

Artıq filmin çəkilişlərinə start verilib. Əmrah Dadaşov çəkilişlərdə iştirak etmək üçün qonşu ölkəyə yola düşüb.