Azərbaycanlı aktyor mükafatlandırıldı- - Türkiyədə

azerbaycanli-aktyor-mukafatlandirildi-
Oxunma sayı: 811


Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 2014-2015-ci il teatr mövsümündə İstanbulda nümayiş etdirilən tamaşaların yozumu və aktyor oyununu qiymətləndirən Türkiyənin nüfuzlu “XV Direklerarası Seyirci Ödülləri” qurumunun qərarı ilə aktyorumuz iki nominasiya üzrə mükafatlandırılıb. 

“Ən yaxşı rejissor işi” nominasiyası üzrə mükafata aktyorun ötən mövsüm Antalya Böyükşəhər Bələdiyyə Teatrında Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırladığı eyniadlı tamaşa layiq görülüb. “Türkiyə xaricində mükafata layiq görülən teatrlar” nominasiyası çərçivəsində növbəti mükafata isə cari ilin mayında Dənizlidə keçirilmiş Beynəlxalq Teatr Festivalında nümayiş etdirilən “Qaçaq qocalar” tamaşası layiq görülüb.

Həmin tamaşa ötən mövsüm Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən “Rejissorluq emalatxanası”nda Nofəl Vəliyev tərəfindən hazırlanıb.

“Qafqazinfo”