Azərbaycanlı aktyor Türkiyədə koronavirusa yoluxdu

Azərbaycanlı aktyor Türkiyədə koronavirusa yoluxdu
Oxunma sayı: 2211

Sonuncu dəfə İctimai Televiziyada yayımlanan “Dağıntılar altında” serialında rol alan aktyor Yasin Həzirə koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, hazırda Türkiyədə olan aktyor bu barədə instaqram səhifəsində məlumat verib.

Açıqlama yayan aktyor qeyd edib ki, pandemiya ona dostundan keçib: “Mən virusa yoluxmuşam. İstanbulda eyni evi paylaşdığım dostum 7-8 gün əvvəl yüksək hərarət və baş ağrısı ilə xəstəxanaya getmişdi. COVİD- 19 testinin nəticəsi 4-5 gün sonra gəldi, cavab pozitiv idi.

Bunu bildikdən sonra mən də yoluxacağımı anladım. Çünki eyni evdə qalırıq, yemək-içməyimiz bir yerdədir. Gedib analiz verdim, test nəticəsi müsbət çıxdı. Hərarətimiz və baş ağrımız var. Halsızlıq mütəmadi olaraq davam edir. İçki və siqaret qəbul etmədiyim üçün hələ ki, nəfəs almağımda problem yoxdur. İnanıram ki, yaxşı olacaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi