Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, dəvət məktubu Türkiyə Cumhuriyyəti Antaliya Böyükşəhər Bələdiyyə Teatrının bədii rəhbəri Məhmət Özgür tərəfindən göndərilib.
İstedadlı aktrisa və yazar Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırlanacaq tamaşanın məşq prosesinə 10 avqust – 14 sentyabr tarixlərində başlanılacaq. Hər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sənət və mədəni səviyyədə möhkəmlənməsini təmin edən yeni tamaşanın hazırlanması üçün aktyor Nofəl Vəliyev avqust ayının əvvəllərində Türkiyə Cümhuriyyətinə yola düşəcək.