Azərbaycanlı alim gürcüstanlı gənclərin suallarını cavablandırıb

azerbaycanli-alim-gurcustanli-genclerin-suallarini-cavablandirib
Oxunma sayı: 900

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) “Gənc Cümhuriyyətlərin yaranması və təşəkkülü” mövzusunda vidoekonfrans təşkil edib.

“Qafqazinfo”nun məlumatına görə, videokonfransın qonağı əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Solmaz Tohidi olub.

S.Tohidi əvvəlcə Azərbaycan tarixinin şanlı səhifələrindən, xalqımızın milli azadlıq mübarizəsindən, Azərbaycan Xalq Cümhuriyyətinin (Azərbaycan Demokratik Respublikası) yarandığı mürəkkəb tarixi şəraitdən danışıb.

İki saat davam edən videokonfransda tarixçi alim iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Konfransda GAİM-in icraçı direktoru Aygül İsayeva, Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) rəhbəri Nəriman Qurbanov, Yenidənqurma və İnkişaf Mərkəzi “Şəffaf Qafqaz” təşkilatının rəhbəri Mübariz Qarayev, ictimaiyyət nümayəndələri, GAİM-də təhsil alan gənclər və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.