Azərbaycanlı alim vəfat etdi

azerbaycanli-alim-vefat-etdi
Oxunma sayı: 2993

Kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Biometrik katalizatorlar üçün üzvi liqadların sintezi laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Sərdar Zeynalov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AMEA-nın rəsmi saytında məlumat verilib.

S.Zeynalov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, S.Zeynalov 200-dən çox elmi əsərin, o cümlədən 6 kitabın, 25 müəlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Onun rəhbərliyi ilə 7 fəlsəfə, 1 elmlər doktoru hazırlanıb. O, 2016-cı ildə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.