Azərbaycanlı alim vəfat etdi

azerbaycanli-alim-vefat-etdi
Oxunma sayı: 3117

Azərbaycan Milli Elmlər  Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun alimi Əkrəm Rəhimli vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, 90 yaşlı alim Güney Azərbaycan tarixinin ən məhsuldar tədqiqatçılarından olub. Güney Azərbaycanın tarixi, xüsusilə 1945-1946-cı illər Cənubi Azərbaycanda milli-demokratik hərəkatın, bu hərəkata rəhbərlik etmiş Azərbaycan Demokrat Firqəsinin sədri S.C.Pişəvəri şəxsiyyətinin, onun elmi-bədii yaradıcılığının və siyasi fəaliyyətinin araşdırıcısı olub. 

Ə. Rəhimli iqtisadiyyat üzrə fəlsəfə doktoru olub.