Azərbaycanlı alimin hazırladığı vaksin ÜST-nin siyahısında

azerbaycanli-alimin-hazirladigi-vaksin-ust-nin-siyahisinda
Oxunma sayı: 2622

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən hazırlanmış COVID-19-a qarşı bitki əsaslı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilib.

“Qafqazinfo”nun Aztibb.az-a istinadən məlumatına görə, T.Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən laboratoriyada xüsusi olaraq istehsal edilən “Nicotiana Benthamiana” tütün növünün yarpaqlarında istehsal edilən protein əsasında peyvənd əldə olunub.

Bu peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır.