Birləşmiş Millətlər Təşkilatının (BMT)mənzil-qərargahında Beynəlxalq Türk Mədəniyyətləri Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Beynəlxalq Novruz Günü münasibətilə daha bir konsert proqramı təşkil edilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Ankara və İstanbuldan başlayan türkdilli ölkələrin musiqiçilərinin bayram konserti coşqu ilə davam edir. Bu barədə Azərbaycanı təmsil edən aşıq Əli Tapdıqoğlu məlumat verib. Onunla birlikdə səhnəni “Çəngi” estrada folklor ansamblı paylaşır.
Aşıq Əlinin məlumatına görə, növbəti konsert bu gün Nyu-Yorkdakı ali təhsil ocaqlarından birində baş tutacaq. Martın 31-də isə heyət Vaşinqtonda keçirilən bayram konsertində çıxış edəcək.
Qeyd edək ki, azərbaycanlı musiqiçilər Azərbaycan Mədəniyyət və Turzim Nazirliyinin xətti ilə bayram konsertlərində təmsil olunurlar.
Azərbaycanla yanaşı konsertlərdə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Qaqauziya, Bosniya-Hersoqovina, Monqolustan, Makedoniya, Türkmənistandan olan musiqiçilər çıxış ediblər.



Son xəbərlər
Son Xəbərlər