Azərbaycanlı aşıq Rusiyada vəfat etdi

azerbaycanli-asiq-rusiyada-vefat-etdi
Oxunma sayı: 2786

Azərbaycanlı aşıq Ulduz Azaflı Rusiyada dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki,  bu barədə şairə Nazilə Səfərli məlumat yayıb.

O qeyd edib ki, yaxınları sənətçinin nəşini Azərbaycana gətirməkdə çətinlik çəkir. Buna səbəb dünyada pandemiya ilə mübarizədə tətbiq olunan qaydalar və sərhədlərin bağlanmasıdır.

Xatırladaq ki, Ulduz Azaflı məşhur aşıq Azaflı Mikayılın 8-ci övladıdır.