Azərbaycanlı axund Kərbəlada öldü

azerbaycanli-axund-kerbelada-oldu
Oxunma sayı: 4445

Kərbəlaya ziyarətə gedən İmişli rayonunun axundu orada dünyasını dəyişib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu ayın əvvəllərində digər azərbaycanlı zəvvarlarla İraqa - Kərbəla ziyarətinə yola düşən Yusifov Davər Qafar oğlu orada itkin düşüb. Bir müddət sonra isə Davər Yusifovun Kərbəlada insanlar arasında sıxlığa düşərək dünyasını dəyişdiyi bildirilib.

Axundun yaxınlarının sözlərinə görə, ziyarətdə insanların sıx olduğu bir yerdə axundun ürəyi tutub və o dünyasnı dəyişib. Hazırda onun meyiti Kərbəla xəstəxanasının morqundadır.

Xatırladaq ki, D.Yusifov İmişli rayon Sarıxanlı kəndinin axundudur. Bir neçə gün əvvəl onun itkin düşməsi barədə xəbər yayılmışdı.