“Viktoriya” Plzenin mәtbuat xidmәtinin rәhbәri Vadzlav Hanzlik çexlərin Azərbaycanı “qara siyahı”ya salmağından danışıb.
“Qafqazinfo”ya açıqlama verən Hanzlik bunu azərbaycanlı azarkeşlərin virtual hücumu ilə əlaqələndirib:
“Püşk atılandan sonra azərbaycanlı azarkeşlər facebook səhifəmizə hücum çəkmişdilər. Çexiya xalqını və klubumuzu ağır şəkildə təhqir etmişdilər. Azarkeşlәrin hәrәkәti iyrәnclik idi. Ona görə də səhifəmizə Azərbaycandan giriş etməyi qadağan etdik. Buna məcur idik”.
“Azərbaycan nə vaxtsa bu blokdan çıxa bilərmi?” sualını isə klub rəsmisi belə cavablandırıb:
“Biz Azərbaycan xoş xatirələrlə ayrıldıq. Bizi çox gözəl qarşıladılar. 2-3 gündən sonra blokdan çıxaracağıq”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər