Azərbaycanlı bacılardan Türkiyəyə təsirli məktub - Foto

azerbaycanli-bacilardan-turkiyeye-tesirli-mektub
Oxunma sayı: 10316

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş zəlzələdən zərərçəkənələrə Bakıda başladılan yardım kampaniyası davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, yüzlərlə insan qardaş Türkiyəyə kömək üçün müxtəlif əşyalar, isti geyimləri yardım məntəqəsinə təqim edirlər.

Onların içərisində diqqətçəkən yardımlardan biri də Aydan və Ayan bacılarına məxsusdur. Onlar ianə məntəqəsinə göndərdikləri geyimlərlə yanaşı, təsirli məktub da yazıblar.

Bacılar məktubda türkiyəli dostları üçün dua etdiklərini qeyd ediblər: “Merhaba, bizim ismimiz Aydan və Ayan. Size kendi elbiselerimizi gönderiyoruz. Bu mektubu okuduysanız, bilin ki, sizi çok seviyoruz ve sizin için Allaha dua ediyoruz. Sizin için koyduğumuz şekerlerden de yiyin olurmu. Afiyet olsun”.

Foto: Müzəffər İsmayılov