Moskvadakı “Qoqol- Çentr” teatr mərkəzinin yaranmasının 3 ili tamam olub. Bu münasibətlə mərkəzdə parti təşkil olunub.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə Rusiyada yaşayıb-fəaliyyət göstərən azərbaycanlı biznes-ledi Aysel Trudel, teleaparıcı Kseniya Sobçak, “GQ” jurnalının rus-dilli versiyasının baş redaktoru, rus-dilli “Forbes” jurnalının rəhbəri Nikolay Uskov və digər məşhurlar iştirak edib.
Qeyd edək ki, Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan “Soho”, “Aizel’s Secret” və “Agent Provocateur” dükkanlarının sahibidir. “Marc Jacobs”, “Stella McCartney”, “Matthew Williamson”, “Michael Kors”, “Oscar de la Renta”, “Donna Karan”, “Ruffo”, “Alessandro DellAsqua”, “Helmut Lang”, “Calvin Klein Collection”, “Burberry Prosum”, “Celine”, “Lanvin” və “Christian Laboutin” kimi super brendləri Rusiya bazarında təmsil edir.
37 yaşlı azərbaycanlı biznes- ledinin həyat yoldaşı isə kanadalı memar Lui Trudeldir.
Cütlüyün iki övladı var: bir qız və oğlan.





Son xəbərlər
Son Xəbərlər