Azərbaycanlı biznesmeni killer öldürübmüş

azerbaycanli-biznesmeni-killer-oldurubmus
Oxunma sayı: 2855

Yanvarın 31-də Rusiyanın Arxangelsk şəhərində 27 yaşlı azərbaycanlı iş adamı Hüseynov Ruslan Arif oğlunu öldürən kişi bu gün Voronej şəhərindəki evlərdən birində saxlanılıb. 

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 47 yaşlı qatil cinayət əməlini etiraf edib.

Qətlin sifarişli, qatilin isə peşəkar olduğu bildirilir.

Qeyd edək ki, Arif Hüseynovun cəsədi yanvarın 31-dən fevralın 1-nə keçən gecə Karqopolsk rayonunda tapılıb. Hüseynov beş ölümcül güllə yarası alıb ki, bunlardan biri onun başına dəyib.