Azərbaycanlı bloqqer futbol matçında tribunadan yıxılıb əlini sındırdı - Fotolar

azerbaycanli-bloqqer-futbol-matcinda-tribunadan-yixilib-elini-sindirdi
Oxunma sayı: 1540

Moskvada Çempionlar Liqasının “Lokomotiv” – “Yuventus” matçının ikinci hissəsində meydançaya qaçmağa hazırlaşan Azərbaycan əsilli məşhur rusiyalı bloqqer Sübhan Məmmədov (Subo) tribunadan yıxılıb. “Qafqazinfo”nun məlumatına görə, nəticədə o, əlini sındırıb.

“Dostlar, ikinci hissədə meydançaya çıxmağa hazırlaşıram. Qorxuram, amma düşünürəm ki, məndə alınacaq”, - deyə Məmmədov insidentə qədər İnstaqram hesabında izləyicilərinə söz verib.

O, növbəti paylaşımını isə artıq yıxıldıqdan sonra lentə alıb. Asfaltın üstündə uzanılı halda özünü çəkən bloqqerə iki tibb işçisinin yardım etdiyi nəzərdən qaçmayıb. Daha sonra o, əli gipsli vəziyyətdə foto paylaşıb.  

Qeyd edək ki, S. Məmmədovun İnstaqramda 3 milyondan çox izləyicisi var.