Azərbaycanlı boksçu ürəktutmadan öldü

azerbaycanli-bokscu-urektutmadan-oldu
Oxunma sayı: 5674

Azərbaycanlı boksçu ürəktutmadan dünyasını dəyişib.

"Qafqazinfo" nun məlumatına görə, Qazaxıstanda yaşayan azərbaycanlı kikboks, boks və qaydasız döyüşlə məşğul olmuş və dəfələrlə Qazaxıstan çempionu olmuş idmançı Nurlan Dəmirçi vəfat edib.

1993-cü il təvəllüdlü Dəmirçi martın 23-də ürəktutmadan ölüb. O, bu gün doğuldugu Qax rayonuna gətirilərək dəfn olunacaq.