Azərbaycanlı cütlük İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı

azerbaycanli-cutluk-islam-hemreyliyi-oyunlarinda-qizil-medal-qazandi
Oxunma sayı: 1226

Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında stend atıcılıq yarışlarında qızıl medal qazanıblar.

"Qafqazinfo" xəbər verir ki, Fuad Qurbanov və Nurlana Cəfərova finalda Küveyt yığmasını 6:3 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.