Azərbaycanlı deputat erməni təşkilatçının tədbirində - Fotolar

azerbaycanli-deputat-ermeni-teskilatcinin-tedbirinde-fotolar
Oxunma sayı: 637

Fevralın 26-da Tiflisin “Radisson” Otelinde Qafqaz xalqlarının iştirakı ilə tədbir baş tutub.

“Qafqazinfo”nun məlumatına görə, Qafqaz xalqları arasındakı mədəni və siyasi əlaqələrin möhkəmləndirilməsindən bəhs edən tədbirin təşkilatçısı isə Arnold adlı erməni olub.
Həmin tədbirə bir çox Gürcüstan azərbaycanlıları etiraz edib və tədbirə qatılmaqdan imtina ediblər. Bu səbəbdən Marneulidən seçilən azərbaycanlı deputat Mahir Dərziyev və Azərbaycan dini icmasının nümayəndəsinin tədbirdə iştirakı narazılıqlara səbəb olub.

Tural