“Qafqazinfo” AzırTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə seçkiləri müşahidə etmək üçün qeydiyyatdan keçiblər.
Eldar İbrahimov bildirib ki, səfər çərçivəsində TürkPA təmsilçiləri – Azərbaycan, Qırğızıstan və Qazaxıstandan olan nümayəndə heyətləri Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç, Ali Seçki Komissiyasının sədri Sadi Güven, xarici işlər nazirinin müavini, səfir Naci Koru ilə, eləcə də digər qurumlarda keçirdikləri görüşlərdə seçki prosesi və səsvermə ilə bağlı ətraflı məlumat alıblar.
Son xəbərlər
Son Xəbərlər