Azərbaycanlı developerlərdən yeni uğurlar

azerbaycanli-developerlerden-yeni-ugurlar
Oxunma sayı: 1076


4 ay bundan öncə fəaliyyətə başlayan layihədə iştirak üçün daxil olan 70-dən artıq müraciətdən 8-i layihənin seçim komitəsi tərəfindən təsdiq olunub və seçilmiş komandalar artıq Applab ofisində layihələrinin icrasında başlayıblar. Bakcell və Qualcomm şirkətlərinin təşkil etdiyi xüsusi ekspert qrupu gənc developerlərdən ibarət komandalara geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramları ın pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərəcəklər. 

Qeyd edək ki, Applab layihəsi çərçivəsində gənc developerlərə Bakcell şirkətinin Sahil ofisində yerləşən; İnternetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilmiş yeni AppLab ofisinidə çalışmaq və məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə etmək imkanı təqdim olunur. Bununla yanaşı Applab üzvləri proqramçı və startaplar üçün nəzərdə tutulmuş Microsoft proqram təminatı, bulud mühiti, texniki və biznes sahəsində müxtəlif təlimlərdən pulsuz qaydada faydalanırlar. Layihə iştirakçıları müxtəlif investorlar və məsləhətçilərə çıxış əldə etməkdən əlavə yaratdıqları proqramların beynəlxalq bazara çıxarılması və geniş marketinq imkanlarından yararlana biləcəklər.

Azərbaycanlı developerlər üçün Applab proqramına qoşulmaq çox asandır. Bunun üçün http://www.bakcell.com/az/join-applab səhifəsinə daxil olub sadə formu bitirmək lazımdır. Bakcell və Qualcomm şirkətlərinin nümayəndələri, eləcə də müstəqil ekspertlərdən ibarət seçim komitəsi hər bir müraciəti diqqətlə nəzərdən keçirərək ən maraqlı ideyaları təqdim edən müraciətçiləri ofisə dəvət edirlər.