Azərbaycanlı ekstrasens Tatlısəsə ziyafət verdi

azerbaycanli-ekstrasens-tatlisese-ziyafet-verdi
Oxunma sayı: 1250

İbrahim Tatlısəslə onu müalicə edən tanınmış ekstrasenslə birgə Bakının məşhur restoranların birində şam edərkən görüşdük. Azəri qızı Günelin qardaşı Tunar, atası Rəhman İbrahimovun təşkilatçılığı ilə baş tutan ziyafət gecəsində daha bir neçə xanəndə də iştirak edib. İbrahim Tatlısəs onlarla birgə mahnı oxuyaraq, əylənib.

Müğənninin mühafizəçiləri tərəfindən fotoçəkilişlərinə qadağa qoyulub. Lakin, müğənnidən qısa olaraq hal-əhval tuta bildik. Bizimlə səmimi görüşən müğənni özünü yaxşı hiss etdiyini söyləyərək, onun üçün narahat olan insanlara da təşəkkür etdi: “Hər kəs sağolsun. Şükürlər olsun ki, yaxşıyam, özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, müğənni tanınmış ekstrasens Nuridə Küskünün yanında müalicə almaq üçün bir neçə gündür ki, Bakıdadır.