Azərbaycanlı erməni “işbirliyi”- - Moskvada

azerbaycanli-ermeni-isbirliyi-
Oxunma sayı: 2033


“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb. 

Xəbərdə deyilir ki, azərbaycanlı ilə erməni birləşərək ukraynalı sürücüyə hücüm edib: 

“2014-cü ilin noyabrın 11-də şübhəli şəxslər M4 "Don" avtomobil yolunun 39-cu kilometrində 32 yaşlı Ukrayna sakininin idarə etdiyi yük maşınını dayandıraraq tapançayla və bıçaqla hədələyərək ondan 2,5 milyon rubldan çox məbləği oğurlayıblar”. 

Fakt üzrə Cinayət Məcəlləsinin 162-ci (böyük ölçüdə soyğun) maddəsi ilə cinayət işi açılıb.

“Dostların” cinayəti sübüt olunsa, onları 15 ilə qədər həbs gözləyir.