Tanınmış azərbaycanlı fotoqraf Əhməd Muxtarın saxlanılması haqda məlumat yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda onun həmkarları sosial şəbəkədə informasiya yayıblar. Onların sözlərinə görə, Əhməd Muxtar 3 mülki şəxs tərəfindən evinin qarşısında tutulub və naməlum istiqamətdə aparılıb.
Fotoqrafın nə səbəbə saxlanılması haqda xəbər yoxdur.
Əlavə məlumat veriləcək.
***
Əhməd Muxtar hazırda evdədir. Bu haqda onun dostları məlumat paylaşıblar. Onların sözlərinə görə, fotoqrafın saxlanılması sadəcə kiçik bir səhvin nəticəsi olub. Belə ki, mülki şəxslər Əhməd Muxtarı oğuqluqda ittiham olunan digər şəxslə səhv salaraq saxlayıblar. Vəsiqəsinə baxdıqdan sonra isə onun axtardıqları şəxs olmadığını başa düşərək sərbəst buraxıblar.
Son xəbərlər
Son Xəbərlər