“Qafqazinfo” apasport.az-a istinadən xəbər verir ki, ukraynalılar qrupda keçirilən “Qarabağ” – “İnter” matçındakı hakim səhvini xüsusi vurğulayıblar.
Həmkarlarımızın fikrincə, “Dnepr”in uğurunun əsas sirri məhz “Qarabağ” – “İnter” qarşılaşmasındakı hakim səhvi olub.
Yerli KİV “Qarabağ”ın son dəqiqə qolunun sayılmamasına hələ də sevindiklərini etiraf edib: “Sent-Etyen”i evdə məğlub edib, “İnter”in Bakıda uduzmamasını gözləməli idik. İlk məqsəd yerinə yetirilmişdi və qalırdı “Qarabağ”ın büdrəməsi. Bakıda 90 dəqiqə ərzində qapılara qol vurulmamışdı. Hər şey ürəyimizcə idi. Əlavə edilmiş dəqiqədə “Qarabağ” qol vurdu. Vəssalam, bu, sondu, ümidimiz tükəndi? Ohh, möcüzə. Hakim anlaşılmaz qərarla “Qarabağ”ın qolunu ləğv etdi. Yəqin ki, bu, Avrokubokda 2014/15 mövsümünün ən böyük tapmacasından biridi. Əsas odu ki, bu səhv “Dnepr”i irəli apardı. Azərbaycanlı futbol azarkeşlərindən üzr istəyirik”.
Qeyd edək ki, bu mövsüm Avropa Liqasının F qrupunda “Qarabağ”la eyni qrupda yer alan “Dnepr” təmsilçimizin “İnter”lə matçda son dəqiqə qolunun sayılmaması ucbatından növbəti mərhələyə adlayıb və finala qədər irəliləyib.
Son xəbərlər
Son Xəbərlər