Azərbaycanlı futbolçu Albaniya çempionunun formasını geyinəcək

azerbaycanli-futbolcu-albaniya-cempionunun-formasini-geyinecek
Oxunma sayı: 2540

Araz-Naxçıvandan ayrılan Zamiq Əliyev karyerasını Albaniyada davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı  müdafiəçi “Eqnatiya”ya transfer olunub.

Bu barədə klubun saytında yayılan məlumatda qeyd olunub ki, azərbaycanlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub.