Azərbaycanlı futbolçu Estoniya klubunda

Azərbaycanlı futbolçu Estoniya klubunda
Oxunma sayı: 837

Nurlan Novruzov karyerasını Estoniyada davam etdirəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə oyunçu özü sosial şəbəkə hesabından paylaşım edib.

26 yaşlı yarımmüdafiəçi bu ölkənin “Trans Narva” kubuna transfer olunub. Nurlan yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Narva təmsilçisi Estoniya Premyer Liqasında çıxış edir. O, Moldovanın "Dinamo Avto" klubunda oynayırdı.

Qeyd edək ki, Novruzov daha öncə  “Səbail” və “Zirə”də forma geyinib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi