Ukrayna yığmasının azərbaycanlı futbolçusu Aleksandr Əliyev keçmiş həyat yoldaşı Tatyana Əliyevanı döyməkdə günahlandırılır. “Qafqazinfo” xəbər verir ki, bu barədə “1+1” kanalına Əliyeva özü məlumat verib.
Xanım üzündəki fiziki təzyiqləri əks etdirən video da yayımlayıb. O, keçmiş həyat yoldaşının valideynlik hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət edəcəyini də bildirib: “Keçmiş həyat yoldaşım daim məni hədələyir. Yaşadığım evdən qovub, 8 ildir ki, fiziki təzyiqlərə məruz qalıram. Uşaqlarıma da deyir ki, elə bilin ki, ananız ölüb”
Aleksandr keçmiş xanımını döydüyünə dair xəbərləri inkar etsə də, onu evdən qovduğunu etiraf edib: “Bəli, onu evdən qovmuşam. Zibillikdə yaşamalıdır və uşaqlar da mənimlə birlikdə qalmalıdır. Yalnız həftədə 2 gün analarını görə bilərlər. Məhkəmə qərarını gözləyək”.

Son xəbərlər
Son Xəbərlər