Azərbaycanlı futbolçu İrəvana gedir

azerbaycanli-futbolcu-irevana-gedir
Oxunma sayı: 3727

Albaniyanın “Eqnatia” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın paytaxtı İrəvana gedəcək.

Bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib. 

O bildirib ki, komandasının “Ararat” klubuna qarşı səfərdə keçirəcəyi UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda iştirak edəcək: “Artıq biletim alınıb”.

Qeyd edək ki, “Ararat” – “Eqnatia” matçı iyulun 13-də baş tutacaq.