Azərbaycanlı futbolçu Nepalda qol hesabını açdı - Video

azerbaycanli-futbolcu-nepalda-qol-hesabini-acdi
Oxunma sayı: 2075

Nurlan Novruzov Nepalın “Lalitpur Siti” klubunda qol hesabını açıb.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı hücumçu Super Liqanın 5-ci turunda “Butval”la görüşdə fərqlənib.

Azərbaycanlı futbolçu matçın 5-ci dəqiqəsində başla rəqib qapısına yol tapıb. Bu, oyunda yeganə qol olub və Novruzov komandasına qələbə qazandırıb.

Hazırda “Lalitpur Siti” 6 xalla 4-cü pillədə qərarlaşıb.