Azərbaycanlı futbolçu Polşa klubunda

azerbaycanli-futbolcu-polsa-klubunda
Oxunma sayı: 2560

Azərbaycanlı futbolçu Elgün Nəbiyev karyerasını Polşada davam etdirəcək.

"Qafqazinfo" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu ölkənin "Limanovya" klubu ilə anlaşıb

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nəbiyev 2-ci Liqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Elgün Nəbiyev Azərbaycanda “Sabah”, “Sumqayıt”, “Zirə” və “Səbail” klublarında oynayıb.