Rusiyanın “Krılya Sovetov” klubu əslən azərbaycanlı futbolçu olan Azər Əliyevlə müqavilə imzalayıb. “Qafqazinfo” xəbər verir ki, tərəflər 1 illik müqaviləyə imza atıblar. 23 yaşlı yarımmüdafiəçi yeni komandasında "10 nömrə"li formanı geyinəcək.
Əliyev keçidi ilə bağlı Samara təmsilçisinin rəsmi saytına danışıb. Yarımmüdafiəçi bu keçidə çox sevindiyini olduğunu bildirib: “İstəyirəm ki, komandamız azarkeşlərini həm öz oyunu, həm də yaxşı nəticələri ilə sevindirsin. Əlbəttə, qarşımızda durunda vəzifəni də anlayıram. Bunu yerinə yetirmək lazımdı".
"Krılya Sovetov" uzun illərdən sonra Premyer Liqanı tərk edərək I diviziona düşüb. Əliyev da bunadək həmin birincilikdə çıxış edərək "Yenisey"in heyətində 69 oyunda 5 qol vurub.
Son xəbərlər
Son Xəbərlər