Azərbaycanlı futbolçu Rusiya klubunda

azerbaycanli-futbolcu-rusiya-klubunda
Oxunma sayı: 2038

Rusiyanın Armavir şəhərinin "Torpedo" klubu fevralın 26-sı, transfer pəncərəsinin son günü heyətinə daha bir yeni futbolçu cəlb edə bilib.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, bu, Bakının "İnter" klubunun yarımmüdafiəçisi, 1993-cü il təvəllüdlü Abdulla Abasiyevdir.

Azərbaycan yığmasının da şərəfini qorumağa macal tapmış futbolçu "İnter"in heyətində 50-dən çox oyun keçirib.

Futbolçu həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır.

Valeri Karpinin yetirmələri Rusiya Futbol Liqasında 16 xalla 20 klub arasında sonuncu pillədə qərarlaşıb.