Azərbaycanlı futbolçu “Trabzonspor”da

azerbaycanli-futbolcu-trabzonsporda
Oxunma sayı: 1301

"Zenit"dən ayrılan azərbaycanlı futbolçu Ramil Şeydayev karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

"Qafqazinfo" xəbər verir ki, "Trabzonspor" 20 yaşlı forvardla 4 illik müqavilə imzalayıb. Şeydayev yeni komandasında 4 il ərzində 1 milyon 630 min avro maaş alacaq.

Əlavə edək ki, Şeydayev Azərbaycan yığmasında oynamaq üçün AFFA ilə danışıqlar aparır.