Azərbaycanlı futbolçular saxta sənədlərlə aldadılıb Türkiyəyə aparılır

azerbaycanli-futbolcular-saxta-senedlerle-aldadilib-turkiyeye-aparilir
Oxunma sayı: 1287

Azərbaycanlı futbolçular saxta menecerlər tərəfindən aldadılıb. “Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, özünü agentlik şirkəti rəhbəri olaraq tanıdan Jensen Oniel Antoni adlı bir nəfər yeniyetmə və azyaşlı futbolçuları xəyallarının klublarına aparacağı adı ilə pul alır. 

O, özünü FİFA meneceri olaraq təqdim edir. Əslində isə bütün sənədlər saxtadır. “Travia Soccer Agents” adlı şirkət adına hazırlanan sənədlər uşaqların valideynlərinə təqdim edilir. 

Onlara bildirilir ki, futbolçular Türkiyənin böyük klublarında oynayacaqlar. Agentliyin əsas hədəfi isə türkdilli ölkələrdir. Bunlara Özbəkistan, Azərbaycan, Tacikistan kimi ölkələr daxildir. 

Türkiyəli həmkarlarımızın araşdırmasına görə indiyə qədər həmin saxta şirkətlər azərbaycanlı futbolçulardan milyonlar əldə edib.