Azərbaycanlı gəmiçi Türkiyədə dənizə düşdü - Anbaan video

azerbaycanli-gemici-turkiyede-denize-dusdu
Oxunma sayı: 4589

Türkiyənin Zonquldak şəhərinin Ereğli rayonunda yük gəmisində çalışan azərbaycanlı gəmiçi dənizə düşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmi kəndirinin dəyməsindən sonra suya yıxılan şəxs 22 yaşlı Anar Orucovdur.

Hadisə Ereğli rayonundakı limanda lövbər salan Panama bayraqlı “Ünzile Ana” adlı quru yük gəmisində baş verib.

Xilasetmə işlərinə cəlb olunan mütəxəssislər, onun gəminin altında ola biləcəyi ehtimalını irəli sürürlər. Gəmi yüklə dolu olduğu üçün bu ehtimalı gözdən keçirmək çətinləşib.

Xilasetmə işləri davam etdirilir.