Otuz yaşlı azərbaycanlı Türkiyənin Yalova şəhərində qaldığı oteldə biləyini kəsib, daha sonra özünü binadan atıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, şüşə parçaları ilə biləyini kəsən və qaldığı otelin 4-cü mərtəbəsindən tullanan H.H adlı şəxs yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Gəncin intihar görüntüsü müşahidə kameralarına da düşüb. Daha əvvəl cinayət törətdiyi məlum olan H.H-nin ölümü ilə bağlı araşdırma başlayıb.
Son xəbərlər
Son Xəbərlər