Bu barədə “Qafqazinfo”ya təşkilatın mətbuat xidmətindən məlumat verilib. Tədbirdə “Böyük İpək Yolu” BGİ-ni təşkilatın baş katibi Aydan Kərimli və katibliyin üzvü Elnurə Kərimova təmsil edəcək. Beynəlxalq Sülh Gənclər Təşkilatının( İPYG) təşkilatçılığı ilə keçirilən tədbirə 100-dən artıq ölkənin 300-dək nümayəndəsi qatılacaq. Seulda keçirilən sammitdə müxtəlif ölkələrin eks –prezidentləri, dini liderləri, qadın liderlərinin iştirakı ilə müxtəlif dini konfessiyalar arasında tolerantlıq formatı müzakirə olunacaq. Böyük İpək Yolu Beynəlxalq Gənclər Təşkilatı 11 mart 2014 cü ildən Beynəlxalq Sülh Gənclər Təşkilatının (İPYG) üzvdür.
“Böyük İpək Yolu” BGİ 2012-ci ildə 27 ölkənin iştirakı ilə Bakıda təsis olunub. Təşkilatın əsas hədəfi qədim ipək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında əməkdaşlıq və mədəni mübadiləni yaratmaqdır.
Son xəbərlər
Son Xəbərlər