“Azərbaycanlı gənclərin xaricdə dini təhsilinə qadağa qoyulmalıdır”

azerbaycanli-genclerin-xaricde-dini-tehsiline-qadaga-qoyulmalidir
Oxunma sayı: 775


“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc parlamentin bugünkü plenar iclasında səsləndirib.

O təklif edib ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna da müvafiq dəyişikliklər edilməlidir:”İslam Universitetinin müəllimləri dini təhsil vermək baxımından beynəlxalq standartlara cavab verməyə bilərlər. Bu baxımdan da kənar yerdən daha yüksək səviyyədə dini təhsil vermək üçün müəllimlər həmin universitetə cəlb edilə bilər.  Lakin Azərbaycan gənclərinin xaricdə dini təhsil dalınca getmələrinə icazə vermək olmaz. Bu, qanunla qadağan olunmalıdır.

Xatırladım ki, bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi təərəfindən antiterror əməliyyatı keçirdi. Və həbs olunan gənclərdən ikisi xaricdə ali dini təhsil almış gənclərdir. Onlar ölkədə çevriliş edərək şəriət dövləti yaratmağa cəhd ediblər. Bunun da qarşısı MTN tərəfindən alınıb. Təklifimin kökündə də bu məqamlar dayanır”.

Günel