Azərbaycanlı güləşçilər Bakıdakı Avropa çempionatında medal qazandılar - Fotolar

azerbaycanli-gulesciler-bakidaki-avropa-cempionatinda-medal-qazandilar
Oxunma sayı: 2356

Azərbaycanın daha üç sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Cəbrayıl Qadjiyev (74 kq) qızıl, Nurəddin Novruzovla (61 kq) Arseni Djioyev bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) ötən gün gümüş medal qazanıblar.