Xəbər verdiyimiz kimi, Bolqarıstanda keçirilən güləş üzrə beynəlxalq turnirdə iki Azərbaycanlı güləşçi üz-üzə gəlib. “Qafqazinfo” xəbər verir ki, sərbəst növdə 74 kq çəki dərəcəsində həlledici qarşılaşmada Turan Bayramov Cəbrayıl Qadjiyevə rəqib olub.
Lakin görüş qalmaqalla yadda qalıb. Belə ki, Azərbaycan yığmasının milliləşdirilmiş üzvü, əslən dağıstanlı olan Cəbrayıl Qadjiyev qarşılaşmanın gedişində Turan Bayramova bilərəkdən xəsarət yetirməyə çalışır.
O, barmağı ilə komanda yoldaşının gözünü əzir. Bu qaydalardan kənar hərəkət matçın hakimlərinin də gözündən yayınır. Bu görüntülər sosial şəbəkələrdə müzakirəyə çevrilib və azarkeşlər Cəbrayıl Qadjiyevin bu hərəkətinə görə cəzalandırılmasını tələb edib.
Son xəbərlər
Son Xəbərlər