Azərbaycanlı FİFA referisi Rəhim Həsənov beynəlxalq təyinat alıb.
“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, Həsənov 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək San Marino – Litva oyununu idarə edəcək.
Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
San Marino – Litva oyunu iyunun 5-də, “Serravalle” stadionunda keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər