Azərbaycanlı hakim Rauf Cabbarov Avropa Liqası oyununa təyinat alıb.
“Qafqazinfo” UEFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisinin başçılıq etdiyi hakimlər briqadası 1-ci təsnifat mərhələsində keçiriləcək "Ordabasi” (Qazaxıstan) – “Botoşani” (Rumıniya) oyununu idarə edəcək.
Ona yan xətdə Namik Hüseynov və Elşad Abdullayev kömək edəcək. Matçın 4-cü hakimi vəzifəsini Kamal Umudlu daşıyacaq.
Qeyd edək ki, görüş avqustun 27-də Çimkəntdə keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər