Azərbaycanlı hakim Ermənistan yığmasının matçını idarə edə bilər

azerbaycanli-hakim-ermenistan-yigmasinin-matcini-idare-ede-biler
Oxunma sayı: 3796

Futzal üzrə FİFA referisi olan Yusif Nurullayevə UEFA-dan təyinat gəlib. 

“Qafqazinfo”nun məlumatına görə, futzal üzrə Azərbaycan çempionatlarının matçlarını idarə edən gənc hakim Ermənistan yığmasının qarşılaşmasında ədaləti qoruya bilər. Belə ki, Avropanın ən ali futbol qurumunun təyinatına əsasən, Nurullayev Moldovada baş tutacaq 19 yaşlılardan ibarət qızların qitə birinciliyində, C qrupunun görüşlərində fit çalacaq.  

Qeyd edək ki, bu qrupda Ermənistanla yanaşı, Moldova və Belarus yığmaları da yer alır.