Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində iş başında olacaq.
O, Xorvatiya – Estoniya oyununun hakim-inspektoru təyin edilib. Xudiyevin hakimlərin oyununa qiymət verəcəyi matç martın 28-də keçiriləcək.
Qeyd edək ki, bu görüş Zapreşiç şəhərindəki “İnter” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər