Azərbaycanlı hakim Konfrans Liqasında

azerbaycanli-hakim-konfrans-liqasinda
Oxunma sayı: 1068

FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki,  30 yaşlı baş hakim Moldovanın "Petrokub" və Şimali Makedoniyanın "Sileks" komandaları arasında I təsnifat mərhələsinin cavab görüşünü idarə edəcək.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim isə Kamal Umudlu olacaq.

Qeyd edək ki, iyulun 15-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.