Azərbaycanlı hakim Elçin Məsiyev avrokubok oyununa təyinat alıb.
“Qafqazinfo” xəbər verir ki, referimiz Rumıniyada yerli ÇFR-lə Türkiyənin “Adana Demirspor” komandası arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyununu idarə edəcək.
Məsiyevə kömək edəcək yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov olacaqlar. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, görüş iyulun 27-də keçiriləcək. Tərəflər arasındakı cavab oyunu isə avqustun 3-də Adana da baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər