Azərbaycanlı hakim Türkiyədə koronavirusa yoluxdu

azerbaycanli-hakim-turkiyede-koronavirusa-yoluxdu
Oxunma sayı: 1791

Futbol üzrə Türkiyənin Həvəskarlar Liqasında hakimlik edən azərbaycanlı İsa Məmmədov koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə  Futbol Hakimləri və İnspektorları Dərnəyinin Karabük şöbəsinin başqanı Taner Tuncer "İhlas" xəbər agentliyinə açıqlama verib.

Belə ki, İsa Məmmədov dadbilmə və iy hiss etmə qabiliyyətini itirməsindən sonra xəstəxanaya müraciət edib. Karabük Universitetin 3-cü kurs tələbəsi olan həmyerlimizin test nəticəsi pozitiv çıxıb.