Gürcüstan vətəndaşı, İkinci Dünya Müharibəsi veteranı 100 yaşlı Bayram Bayramov Bakıda həyətdə gəzərkən yıxılıb.
"Qafqazinfo" xəbər verir ki, sağ bud boynunu sındıran ağsaqqal tanınmış travmatoloq-ortoped Sənan Aşirova müraciət edib.
Doktor Aşirov dərhal 100 yaşlı Bayram Bayramovu əməliyyata alaraq sağ tərəfli bud-çanaq endoprotezi qoyulub. Sənan Aşirov bildirib ki, əməliyyatın səhərisi günü Bayram Bayramov yeriməyə başlayıb. Uğurlu əməliyyat və müalicədən sonra evə buraxılıb.


Son xəbərlər
Son Xəbərlər